Mozambikli deputat: Azərbaycana səfərim zamanı bu gözəl ölkənin sürətli inkişafı məni heyrətə saldı

Mozambikli deputat: Azərbaycana səfərim zamanı bu gözəl ölkənin sürətli inkişafı məni heyrətə saldı<span class="qirmizi"></span>

 

Şuşa, 2 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycana səfərim zamanı bu gözəl ölkənin sürətli inkişafı məni heyrətə saldı. Müstəqilliyini 1991-ci ildə əldə etmiş gənc respublikanın bu qısa müddətdə belə böyük uğurlar qazanması və sürətli inkişafı həqiqətən valehedicidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı çərçivəsində Şuşaya səfər edən uqandalı deputat Abdul Mutumba AZƏRTAC-a müsahibəsində deyib.

İşğaldan azad olunan ərazilərə səfərin son dərəcə maraqlı olduğunu qeyd edən qonaq bildirib: “Ən önəmlisi odur ki, Azərbaycan dövləti bu qədər böyük ərazinin bərpasını heç bir başqa dövlətdən yardım almadan təkbaşına həyata keçirir. Burada genişmiqyaslı bərpa-quruculuq işləri görülür, möhtəşəm binalar inşa edilir. Bütün bu işlər onu göstərir ki, Azərbaycan dövləti bu ərazilərin dirçəldilməsini xüsusilə diqqət mərkəzidə saxlayır”.

 

Mənbə: azertag.az