Ermənistanda 3 aylıq təlimlərə çağırışı cəza tədbiri kimi nəzərdən keçirirlər

Ermənistanda 3 aylıq təlimlərə çağırışı cəza tədbiri kimi nəzərdən keçirirlər<span class="qirmizi"></span>

 

Hələ mayın əvvəlində "Vətəndaş müqaviləsi" blokunun üzvlərindən biri itaətsizlik aksiyalarına görə polis tərəfindən saxlanılan vətəndaşların sərhədə göndərilməsini təklif edib. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Past" nəşri yazıb.

Qeyd olunub ki, bənzər bəyanatlarla Ermənistan Müdafiə Nazirliyini, ordunu siyasi məqsədlər üçün istifadə etməyə cəhd edilir, buna uyğun olaraq hərbi xidmət isə cəza alətinə çevrilir.

"Bu, sadəcə, siyasi bəyanat kimi görünürdü. Lakin sonradan məlum olduğu kimi, bu, "Vətəndaş müqaviləsi" blokunun siyasi qərarı olub. Ötən gün məlumat yayılıb ki, son bir neçə gündə etirazçılar Müdafiə Nazirliyinin üç aylıq təlim toplanışlarında iştirak etmək üçün bildirişlər alıblar", - deyə nəşr bildirib.

Erməni hərbi ekspert Davit Camalyan nəşrə açıqlamasında deyib ki, silahlı qüvvələrin siyasiləşdirilməsi deyilən amil hazırkı səlahiyyətlilər üçün keçməyə cəsarət etmədikləri "qırmızı xətt" deyil.

O bildirib ki, Ermənistandakı kapitulyant rejim üçün heç bir qanuni və əxlaqi qayda yoxdur.

Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatı Geğam Manukyan nəşrə bildirib ki, həbsdə olan oğlu Taron Manukyana da təlim toplanışları üçün bildiriş göndəriblər: "Faktiki olaraq təsəvvür etdikləri siyasi təqib kontekstində hətta üç aylıq təlim toplanışlarına çağırılmağı da cəza və məhdudiyyət kimi qəbul edirlər. Bu, biabırçılıqdır və Ermənistan Silahlı Qüvvələrinə, ölkənin müdafiə qabiliyyətinə, təhlükəsizliyinə qarşı hörmətsizlikdir".

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az