Parisdə ETİRAZ DALĞASI: onlarla reys təxirə salındı

Parisdə ETİRAZ DALĞASI: onlarla reys təxirə salındı<span class="qirmizi"></span>

Parisin Ruassi-Şarl de Qoll hava limanında işçilərin tətili səbəbindən onlarla reys təxirə salınıb.

Publika.az BFM telekanalına istinadla xəbər verir ki, xüsusilə, bütün uçuşların 20%-i səhər saat 7:00-dan 14:00-a qədər, ümumilikdə isə qısa və orta məsafəli uçuşların təxminən 10%-i ləğv edilib.

Bundan əlavə, iyulun 1-nə planlaşdırılan 1300 reysdən 100-ə yaxını bir gün əvvəl ləğv edilməli olub.

Gələn həftəsonu hakimiyyət yay məktəbi tətilinin başlanması ilə əlaqədar hava limanında nəqliyyatın pik həddə çatacağını gözləyir. Buna baxmayaraq, hava limanının əməkdaşları tətil üçün yeni ərizələr təqdim ediblər.

Xüsusən də aeroport işçiləri inflyasiyanı kompensasiya etmək üçün yanvarın 1-dən 6% artım tələbi ilə rəhbərliyin maaşların hesablanması sistemi ilə bağlı təkliflərindən narazılıqlarını bildirirlər. Eyni zamanda, hava limanının rəhbərliyi iyulun 1-dən maaşların 4 faiz artırılmasını təklif edib. İyulun 1-də tərəflər arasında uğurlu alınmayan və davam etdirilməli olan danışıqlar aparılıb.

Vəziyyəti nəzərə alaraq hökumətin rəsmi nümayəndəsi Oliviya Qrequar bildirib ki, hakimiyyət böhrandan çıxış yolu ilə bağlı həmkarlar ittifaqları ilə fikir mübadiləsini davam etdirəcək.

Hüseyn İbadlı

Mənbə: publika.az