Rusiyanın hücumu təhlükəsizlik mühitimizi kəskin şəkildə dəyişdi

Rusiyanın hücumu təhlükəsizlik mühitimizi kəskin şəkildə dəyişdi<span class="qirmizi"></span>

Dünyamız artıq mübahisəli və təxmin ediləbilməzdir. Rusiyanın Ukraynaya hücumu sülhü pozdu və təhlükəsizlik mühitimizi kəskin şəkildə dəyişdi.

Axar.az xəbər verir ki, bunu türkiyəli ekspert Abdullah Ağar deyib.

"Rusiyanın amansız və qeyri-qanuni işğalı, beynəlxalq humanitar hüququn dəfələrlə pozulması təsvirolunmaz iztirablara və dağıntılara səbəb olub. Güclü, müstəqil Ukrayna Avro-Atlantik regionun sabitliyi üçün həyati əhəmiyyət kəsb edir.

Moskvanın davranışı qonşularına qarşı rus aqressiv hərəkətlərinin nümunəsini əks etdirir. Transatlantik təşkilatının daha da genişləndirilməsi lazımdır.

Geniş yayılmış qeyri-sabitlik, artan strateji rəqabət və irəliləyən avtoritarizm Alyansın maraq və dəyərlərinə meydan oxuyur", - Ağar bildirib.

Mənbə: axar.az