Baydenin bəyanatı - Ermənistan nə qədər tab gətirəcək?

Baydenin bəyanatı - Ermənistan nə qədər tab gətirəcək?<span class="qirmizi"></span>

Bu yaxınlarda ABŞ prezidenti Co Bayden Ukraynadakı müharibənin Qərblə Rusiya arasında dözümlülük mübarizəsinə çevriləcəyini açıqlayıb. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "1in.am" nəşri yazıb.

Nəşrə görə, Bayden qeyd edib ki, Avropa üçün bu, tab gətirmək çağırışıdır və avroplalılar iradə sınağından keçirlər.

"Baydenin açıqlamasının geosiyasi, iqtisadi-siyasi və hərbi-siyasi təbəqələri, şübhəsiz ki, müxtəlifdir. Biz bunları müxtəlif hallarda müzakirə edirik və təbii olaraq müzakirələr davam edəcək, çünki dünya nizamının transformasiyasının böyük prosesi davam edir. ABŞ Prezidentinin bəyanatı kontekstində ola bilsin ki, başqa məsələyə də baxıla bilər. Bəs Ukrayna müharibəsinin hərfi mənada iştirakçısı və ya birbaşa tərəfi olmayan, iqtisadiyyatdan tutmuş ən incə təhlükəsizlik məsələlərinə qədər həmin müharibənin gətirdiyi müxtəlif çağırışları hiss edən Ermənistan nə vaxta qədər dözəcək? Bunlar Ermənistanın yolunu həddən artıq daraldır, onu keçilməli olan yola çevirir ki, dövlət proksi və ya hibrid müharibə olsa belə, Qərbi və Rusiyanı qarşılıqlı surətdə məhv edən müharibənin yeni teatrına çevrilməsin", - deyə nəşr bildirib.
 

 

Mənbə: ordu.az