"Ukrayna özü üçün məqbul şərtlər daxilində sülh sazişi əldə etməlidir..."

"Ukrayna özü üçün məqbul şərtlər daxilində sülh sazişi əldə etməlidir..."<span class="qirmizi"></span>

"NATO Ukraynaya uzunmüddətli perspektivdə dəstək verməyə hazırdır"

"Ukrayna NATO üçün əsaslı dəyərlər olan müstəqillik, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizə aparır"

"Ukrayna NATO-ya daxil olmağa bel bağlaya bilərmi?" - "Əlbəttə, qapılar açıq olaraq qalır..."

NATO ölkələri hazırda öz diqqətini Rusiyanın əleyhinə müharibə apardığı Ukraynaya dəstəyə yönəldib.

Moderator.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Madriddə keçirilən mətbuat konfransında bəyan edib.

Sammitdə videoəlaqə formatında Ukrayna prezidenti Vladimir Zelenski də iştirak edib.

Stoltenberqdən Zelenskinin çıxışına zalın reaksiyası və Alyansın ukraynalılara müraciətinin necə olacağı barədə soruşulub.

"Necə düşünürsünüz, Ukrayna müharibə bitəndən sonra İsveç və Finlandiya kimi fəaliyyət planı olmadan NATO-ya daxil ola bilərmi?", - ukraynalı jurnalist İrina Somer sual edib.

Stoltenberq cavab verib ki, bu gün NATO liderlərinin Ukraynaya müraciəti "çox güclü dəstəyin ifadəsi olub".

 

"Bu, nəinki dəstəyin ifadəsidir, həm də faktiki olaraq onlar bu gün müttəfiqlərinin, NATO üzrə müttəfiqlərinin Ukraynaya əlavə sistemlər, silah və avadanlıq tədarük edilməsini elan edib. Almaniya, Norveç, digər ölkələr Ukraynaya əlavə hərbi yardım barədə bəyanat verib. Niderland Ukraynaya ağır silahların tədarükü barəsində həmçinin bəyanat verib. Ona görə də bizim etdiklərimiz sözdə deyil, əməldədir", - o, belə deyib.

 

NATO ölkələri Ukraynaya uzunmüddətli perspektivdə dəstək verməyə hazırdır, NATO baş katibi davam edib.

 

"Müharibələri öncədən görmək olmur, amma biz uzunmüddətli perspektivə hazır olmalıyıq. Və bu da Zelenski tərəfindən bu zalda bizim hamımıza göndərilən dəqiq mesajdır, bizim cavabımız belə olub: "Bəli, biz hazırıq". Çünki onlar öz müstəqilliyi uğrunda mübarizə aparır. Lakin onlar həmçinin NATO üçün əsaslı olan dəyərlər uğrunda-suverenlik və ərazi bütövlüyü uğrunda mübarizə aparır. Ona görə də bu, bizim təhlükəsizliyimiz üçün əhəmiyyətlidir", - o, əlavə edib.

 

Bu suala cavab verərkən, Stoltenberq belə bir fikir söyləyib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi "müəyyən mərhələdə" danışıqlar masası arxasında başa çatacaq.

 

"Lakin vacibdir ki, Ukrayna özü üçün məqbul olan şərtlər daxilində sülh sazişi əldə edə bilsin. Ona görə də biz bilirik ki, onların danışıqlar masası arxasında nail ola biləcəkləri ilə döyüş meydanında gücü arasında sıx əlaqə olduğunu bilirik. Ona görə də bizim indi diqqətimiz ona yönəlib ki, döyüş meydanında müxtəlif yardımlar göstərək. Məhz buna görə də biz qüvvələrimizi birləşdirmişik. Və əlbəttə ki, bu gün biz NATO-nun qapılarının açıq olduğunu nümayiş etdirmişik. Biz həmçinin Buxarestə Ukraynanın üzvlüyü barədə qərarını təsqiq edirik", - o, əlavə edib.

Mənbə: moderator.az