Qarabağ və sərhəddə orduya “hazır ol” əmri verildi

Müdafiə naziri Zakir Həsənovun xidməti müşavirəsində iki məqam diqqət çəkirdi:

Birincisi, Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitinin təhlil edilməsi;

İkincisi, komando birliklərinin fəaliyyətinin müzakirə edilməsi;

Həm sərhəddə, həm Qarabağda ordunun hazırlıqlı olması, həm də komando birliklərinin döyüş hazırlığına diqqət yetirilməsi tapşırığı verildi.

Belə müşavirələr davamlı keçirilir və bu də növbəti müzakirələrdən biri hesab oluna bilər. Lakin son proseslər fonunda xüsusilə maraqlıdır: Qarabağdakı erməni ordusunun qalıqlarının muzdlularla əvəzlənməsi istəyi, Laçın şəhərinin təhvil verilməsinə qarşı etirazlar, sərhədin delimitasiyası işində ermənilərin problemlər yaratması və s;

Bütün hallarda ordunun daim hazır olması vacibdir, çünki bir neçə aydır hökm sürən sakitlik ermənilərin “baş qaldırması”na şərait yaradıb, “buynuzlarını çomağa sürtürlər”.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Güclü yağış Gəncədə problemlər yaratdı - FOTO

SONRAKI XƏBƏR

Əhalinin kreditlərə olan marağının azalmasının səbəbi nədir? - ARAŞDIRMA