Argentinanın iqtisadiyyat naziri istefa verib

Argentinanın iqtisadiyyat naziri istefa verib<span class="qirmizi"></span>

Argentinanın iqtisadiyyat naziri Martin Quzman vəzifəsindən istefa verib.

“Report” xəbər verir ki, nazir istefası barədə Prezident Alberto Fernandesə ünvanlanan məktubu tviterdə dərc edib.

“Tamamilə unikal ssenari ilə yadda qalan bu 30 aydan çox iş zamanı mənə və nazirlikdə formalaşdırdığımız komandaya göstərdiyiniz etimada görə Sizə təşəkkürümü bildirirəm. Hökumətimiz hakimiyyətə gələndə Argentina dərin iqtisadi, sosial və borc böhranı bataqlığında qalmışdı ki, bu böhrana əvvəlcə qlobal pandemiya, sonra isə Ukraynadakı hazırkı müharibə əlavə olundu və bu, beynəlxalq iqtisadi sistemin fəaliyyətini ciddi şəkildə pozdu”, - M.Quzman məktubundan vurğulayıb.

Qeyd edək ki, 40 yaşlı Martin Quzman 2019-cu ildən ölkənin iqtisadiyyat nazirliyinə başçılıq edir.

Mənbə: report.az