KİV: "Ukraynadakı münaqişə NATO-nu üç düşərgəyə bölüb"

İyunun sonunda keçirilən NATO sammitində Ukrayna ətrafındakı vəziyyətlə bağlı təhlükəsizliyə ən ciddi təhdid adlandırılan Rusiyaya münasibət məsələsində həmrəylik elan edilsə də, ölkələr Rusiya-Ukrayna münaqişəsinin həlli yolları ilə bağlı üç düşərgəyə bölünüb.

“Report” xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti yazıb.

Nəşrin yazdığına görə, NATO-nun tərkibində şərti olaraq “şahin”, “göyərçin” və “dəvəquşu” adlandırılan üç ölkə qrupu formalaşıb.

Qəzet o ölkələri “şahinlərə” aid edir ki, onlar Rusiyaya bir də onun öz qonşularına təhlükə yarada bilməyəcək zərbə vurmağın tərəfdarlarıdır. Bundan əlavə, “şahinlərin” fikrincə, NATO Donbas və Krımı Ukraynanın nəzarətinə qaytarmaq üçün mümkün olan hər şeyi etməli, həmçinin Rusiyada hakimiyyət dəyişikliyinə şərait yaratmalıdır.

“The Sunday Times”ın yazdığına görə, bu kateqoriyaya Rusiya ilə həmsərhəd ölkələr, xüsusən də Polşa daxildir.

“Göyərçinlər” isə, nəşrin qənaətincə, Ukrayna tərəfinin ərazi güzəştləri hesabına hərbi əməliyyatların tezliklə dayandırılmasının tərəfdarı olan ölkələrdir. Xüsusilə onlar fevralın 24-dək Rusiya qoşunlarının mövqelərə çıxarılmasına razılıq verəcək, həmçinin işğal altındakı Krım, Donetsk və Luqanskın mövcud statusunu tanıyacaqdılar.

Qəzet bu kontekstdə Skandinaviya ölkələrindən birinin adının açıqlanmasını istəməyən bir məmura istinadən yazıb ki, belə bir razılaşma ədalətsiz olardı, amma praktikdir.

Qəzet “dəvəquşu” kateqoriyasında Alyansın sənədlərini formal olaraq dəstəkləyərək, ən az müqavimət yolunu axtaran və öz daxili problemlərinə cəmləşən dövlətləri yazıb. “The Sunday Times” qəzetinin yazdığına görə, bunlara xüsusilə Cənubi Avropa ölkələri daxildir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ukraynada raket başlıqlarına "Xocalıya görə" sözləri yazıldı

SONRAKI XƏBƏR

Hazırda İtaliyanın təbii qaz anbarlarının 60 faizi doludur