Rus işğalından azad edilən ərazilərin sayı açıqlandı

Fevralın 24-dən sonra 10 vilayətin ərazisi döyüş əməliyyatlarından zərər çəkib.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Bu müddət ərzində 1 027 şəhər və qəsəbə azad olunub, 2 610-u isə hələ də Rusiya işğalı altındadır. Onların əksəriyyətinin bərpaya ehtiyacı var, yüzlərlə yaşayış məntəqəsi Rusiya ordusu tərəfindən tamamilə dağıdılıb və onları faktiki olaraq yenidən tikmək lazımdır”, - Zelenski vurğulayıb.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Ukraynada raket başlıqlarına "Xocalıya görə" sözləri yazıldı

SONRAKI XƏBƏR

Hazırda İtaliyanın təbii qaz anbarlarının 60 faizi doludur