Şavkat Mirziyoyev deputatları qınadı: “Niyə mənə məlumat verməmisiniz”

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaqıstanın Jokargı Kenesdə (ali dövlət orqanı) çıxış edərək, Qaraqalpaqstanın statusu ilə bağlı Konstitusiyaya edilən əlavə və dəyişiklikləri təsdiq edən yerli deputatları qınayıb. Prezidentin sözlərinə görə, parlamentarilər xalqın narazılığı barədə ona məlumat verməyiblər.

Bizim.Media xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.

“Mənim şikayətim var. Siz özünüz bu dəyişikliklərin başında idiniz, özünüz təşəbbüslə çıxış etmisiniz, imza atmısınız, təsdiqləmisiniz”, - Özbəkistan prezidenti bildirib.

“Mən həmişə səmimiyəm. Niyə mənə zəng edib demədiniz ki, insanlar narazıdır. Mənə də Qaraqalpaqstanın sabahı, Qaraqalpaq dünyası lazımdır. Biz bu qədər iş görmüşük, onu gözdən salmaq kimə lazımdır?” – Şavkat Mirziyoyev soruşub.

Özbəkistanın başçısı qeyd edib ki, “Konstitusiya islahatının məqsədi yalnız insanların sabahkı həyatını yaxşılaşdırmaqdır. Amma Qaraqalpaq xalqı narazı olsa, heç vaxt bir maddə dəyişdirilməyəcək”.

“Ona görə də hər bir deputat öz təkliflərini bir daha bildirsin. Konstitusiyanın 70, 71, 72, 74, 75-ci maddələrinə heç bir dəyişiklik edilməyəcək”, - deyə o, təkrar edib.
 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Qurban Qurbanov komandasının təlim-məşq toplanışını dəyərləndirib

SONRAKI XƏBƏR

Tünzalədən ona pis rəy yazanlara: "Pul deyilsən ki, hamı səni sevsin" - VİDEO