Melitopolda rusların silah bazası məhv edildi

Melitopolda rusların silah bazası məhv edildi<span class="qirmizi"></span>

Ukrayna ordusu rus hərbçilərinin Melitopoldakı bazasına 30-dan çox zərbə endirib.

Axar.az xəbər verir ki, bunu Melitopol meri İvan Fyodorov deyib.

“Bu gün Ukrayna ordusu rusların 4 bazasından birini məhv etdilər. Bazaya 30-dan çox zərbə endirildi”, - Fyodorov bildirib.

Onun sözlərinə görə, iyulun 2-də müqavimət qüvvələrinin səyləri nəticəsində Rusiyaya aid sursatla dolu zirehli qatar aşıb.

Mənbə: axar.az