Küləkli hava nə vaxtadək davam edəcək?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən "Ölkə.az"a verilən xəbərə görə, iyulun 03-ü saat 11:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti yağmursuz keçib, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə şimal-qərb küləyi güclənib.

Düşən yağışın miqdarı Göygöldə 7.0 mm, Oğuz, Şəki, Şahdağda 6.0 mm, Daşkəsəndə 5.0 mm, Qrızda 4.0 mm, İsmayıllıda 3.0 mm, Gəncə, Xaltan, Qusar, Kişçayda (Şəki) 2.0 mm, Naftalan, Şəmkir, Ağdərə, Gədəbəy, Quba, Tərtər, Yevlax, Qəbələ, Sarıbaş, Göyçay, Sarıbaşda 1.0 mm-dək olub.

Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Mingəçevirdə 21 m/s, Ceyrançöl, Neftçalada 20 m/s, Şirvanda 17 m/s, Culfada 18 m/s, Naxçıvan, Ordubadda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 21 m/s, Binə 19 m/s, Ələtdə 18 m/s, Neft Daşları, Çilov adasında 17 m/s, Sumqayıtda 16 m/s, Pirallahıda 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.0 metrə çatıb.

Olke.az

ƏVVƏLKİ XƏBƏR

Mabel Matizin qalmaqallı klipi ilə bağlı qərar

SONRAKI XƏBƏR

“Bayraktar AKINCI” daha bir rekorda imza atıb