Paşinyana AĞIR ZƏRBƏ: "Soros Ermənistan" məhkəməyə verildi

Soros Fondunun Ermənistandakı ofisinin ləğv edilməsi üçün məhkəməyə müraciət edilib.

Modern.az erməni mediasına istinadən xəbər verir ki, vəkillər Tiqran Atanesyan və Marqarita Gilumyanın Soros Erməni Fondunun ləğvi ilə bağlı iddiasına İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinin hakimi Aleksey Sukoyan baxacaq.

Vəkillər Tiqran Atanesyan və Marqarita Gilumyan "korrupsioner oliqarx Corc Sorosun Ermənistandakı ofşor ofisi"nin ləğvini tələb edirlər:

“Məsələnin böyük əhəmiyyətini və aktuallığını, eləcə də məhkəmə prosesinin uzun müddət davam etməsini nəzərə alaraq, həmin ofşor qurumun dövlətə və anti-milli fəaliyyətinə ən qısa zamanda son qoyulması vacibdir. Bütün mümkün təhlükələrin qarşısını almaq üçün biz məhkəməyə müraciət etdik ki, təhlükəsizlik tədbiri tətbiq edilsin. Qərar qanuni qüvvəyə minənədək Sorosun ofşor ofisinin fəaliyyəti dərhal dayandırılsın. Bundan sonra isə həmin bədnam ofisin Ermənistandan qovulması reallığa çevriləcək". - Tiqran Atanesyan deyib.

İrəvan məhkəmə informasiya sistemindən verilən məlumata görə, iddia ərizəsi məhkəməyə iyunun 14-də daxil olub. Artıq baxılması üçün məhkəmə tərəfindən təsdiq edilib.

Qeyd edək ki, "Soros Ermənistan" fondu müxalifət düşərgəsi tərəfindən hazırkı baş nazir Nikol Paşinyanı maliyyələşdirməkdə ittiham olunur.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

İsrailin yeni baş naziri İrana səsləndi: “Gücümüzü sınamayın” - VİDEO

SONRAKI XƏBƏR

Elgiz evdən qaçan qadınlara səsləndi: "Üzünüzü mürdəşir yusun!"