"Səfirlik əməkdaşları diplomatik pərdə altında Rusiyanın xüsusi xidmət orqanlarına işləyib..."

"Səfirlik əməkdaşları diplomatik pərdə altında Rusiyanın xüsusi xidmət orqanlarına işləyib..."

"Bu qərar misli görünməmiş böhtan, əsassız və təxribat xarakteri daşıyır və münasibətlərimizin əsaslarını sarsıdır"

Münaqişə dərinləşir: Rusiya özünün Bolqarıstandakı səfirliyini bağlaya bilər

Bolqarıstanın xarici işlər nazirliyi iyunun 1-də məlumat verib ki, 70 nəfər rusiyalı diplomatın ölkədən qovulması qərarını dəyişməyəcək.

Buna cavab olaraq Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova bəyan edib ki, Kremllə Sofiyadakı səfirliyin bağlanması məsələsini müzakirə edəcək.

Moderator.az xəbər verir ki, bu barədə SİTA agentliyi məlumat yayıb.

İyunun 28-də Bolqarıstanın baş naziri Kiril Petkov səfirlik əməkdaşlarının ölkədən qovulacağını elan edib və onları diplomatik pərdə altında Rusiyanın xüsusi xidmət orqanlarına işləməkdə ittiham edib.

İyunun 30-da Eleonora Mitrofanova Bolqarıstan XİN-ə nota göndərərək, bu qərarın ləğv edilməsini tələb edib. Rusiya səfiri bəyan edib ki, bu qərar "misli görünməmiş, böhtan, tamamilə əsassız və təxribat xarakteri daşıyır və münasibətlərimizin əsaslarını sardıdır".

İyulun 1-də Mitrofanova özünün "Facebook" səhifəsində yazıb:

"Təəssüf ki, bizim Bolqarıstan XİN-ə müraciətimizə məhəl qoyulmayıb. Bununla əlaqədar olaraq mən ləngimədən ölkəmin rəhbərliyi qarşısında Rusiyanın Bolqarıstandakı səfirıliyinin bağlanması məsələsini qaldırmaq niyyətindəyəm, bu da labüd olaraq Bolqarıstanın Moskvadakı diplomatik missiyasının bağlanmasına səbəb olacaq".

Bundan öncə, iyunun 23-də Petkov rusiyalı səfiri birbaşa olaraq "hökumətin devrilməsində" ittiham edib.

Petkov bəyan edib ki, Mitrofanovanın, bolqar müxalifətinin siyasətçiləri ilə yanaşı, ölkədə siyasi böhranda əli var.

İyunun 22-də Bolqarıstan parlamenti Petkovun rəhbərliyi altında nazirlər kabinetinə etimadsızlıq göstərib. Hökumət cəmi altı ay tab gətirib.

Petkov baş nazir postunda uzun illər baş nazir olan və korrupsiyada ittiham edilən Boyko Borisovu əvəz edib.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Putin haqqında bilinməyənlər: Qırmızı pencək, idman şalvarı, evdə zoopark...

SONRAKI XƏBƏR

6 nəfərin öldüyü qəza ilə bağlı ŞOK: Sürücülük vəsiqəsi olmayıb + YENİLƏNİB