Rusiya MN: Lisiçansk şəhəri daxilində döyüş gedir

Rusiya MN: Lisiçansk şəhəri daxilində döyüş gedir<span class="qirmizi"></span>

Rusiya ordusu Lisiçanskın üç yaşayış məntəqəsini ələ keçirib.

"Ölkə.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Rusiya ordusu Lisiçanskda qalan Ukrayna qüvvələrinin məğlubiyyətini başa çatdırır: "Rusiya qoşunları və "LXR" - in bölmələri mühasirəyə alınmış düşmənin məğlubiyyətini başa çatdıraraq Lisiçansk şəhəri daxilində döyüşürlər. Dünən Lisiçanskın yaxınlığında Novodrujevsk, Maloryazantsevo və Belaya Qora yaşayış məntəqələri azad edilib".

Rusiya Müdafiə Nazirliyinin məlumatında o da bildirilib ki, Lisiçansk vilayətində iki gün ərzində 38 ukraynalı hərbçi təslim olub.

Mənbə: olke.az