"İndi Putin "yaxşı polis", Medvedev isə "pis polis" rolunu oynayır..."

"İndi Putin "yaxşı polis", Medvedev isə "pis polis" rolunu oynayır..."<span class="qirmizi"></span>

Putinlə Medvedev rollarını dəyişib

"NATO üçün başlıca təhlükə Rusiya və terrorçuluqdur"

Rusiya prezidenti Finlandiyanın NATO-ya daxil olması məsələsində "yaxşı polis" rolunu oynamaq qərarına gəlib.

Moderator.az xəbər verir ki, bu barədə fin eksperti Finlandiyanın "Yle" nəşrinə verdiyi müsahibəsində bəyan edib.

O, qeyd edib ki, Putinin tənqid obyekti dəyişib. Əvvəllər bu, Alyansda üzvlük məsələ olubsa, hazırda onun hərbi strukturlarının İsveç və Finlandiyada yerləşdirilməsidir.

İyunun 28-də Şimali Atlantika alyansı ölkələri Finlandiya və İsveçi NATO-ya üzv olmağa dəvət edib. Finlandiya prezidenti Sauli Niinistyö deyib ki, daxil olma protokolu 5 iyuldan gec olmayaraq imzalanacaq.

"Protokol tərtib ediləndən sonra Finlandiya və İsveç NATO-nun müşahidəçi üzvləri olacaq", - bu barədə Helsinki tədqiqat universitetinin rəhbəri Tyomas Forsberq məlumat verib.

"NATO görüşlərində biz əvvəlkinə nisbətən daha sıx işləyəcəyik. Hərbçilərlə əməkdaşlıq da daha sıx olacaq, çünki biz necə olursa olsun, NATO-ya daxil olmağa doğru irəliləyirik", - Forsberq deyib.

Finlandiya və İsveçin alyansa üzvlüyünü NATO-nun bütün 30 üzv ölkələri təsdiq etməlidir. Forsberqin dəyərləndirməsinə görə, bu proses sürətli tempdə bir neçə ay çəkəcək.

NATO üzvlərinin dərc etdiyi konsepsiyaya görə, alyans iştirakçılarının təhlükəsizliyi üçün başlıca təhlülkələr Rusiya və terrorçuluqdur. NATO-nun başlıca vəzifələri kimi çəkindirmə, müdafiə, böhranların qarşısının alınması və təhlükəsizlik sahəsində əməkdaşlıq müəyyən edilib.

Sammit ərəfəsində NATO-nun baş katibi məlumat verib ki, alyans öz çevik reaksiya qüvvələrinin sayını 300 min nəfərdən çox artıracaq.

Forsberq xatırladıb ki, strateji konsepsiya normativ sənəddir və hər on ildən bir yenilənir.

"Tez-tez bu müddət ərzində vəziyyət tamamilə dəyişir. NATO praktikada vəziyyətə görə hərəkət edir, strateji konsepsiya uzunmüddətli perspektivdə alyansın əməliyyatlarını məhdudlaşdırmır", - Forsberq vurğulayıb.

Finlandiyanın STT xəbərlər agentliyinin məlumatına görə, Putin bəyan edib ki, Finlandiya və İsveçin NATO üzvlüyü Rusiya üçün problem deyil və, ümumiyyətlə, bu, ölkələrin daxili siyasət məsələsidir.

Eyni zamanda Rusiyanın sabiq prezidenti Medvedev xəbərdarlıq edib ki, Rusiya öz sərhədlərini möhkəmləndirir və ola bilsin ki, məsələn, Finlandiya və İsveç NATO-ya daxil olacağı təqdirdə bu ölkələrin "qapısı ağzında" raket qurğularını yerləşdirək.

Forsberq qeyd edib ki, Putinin tənqid obyekti dəyişməyə başlayıb.

Əgər əvvəllər bu, NATO-da üzvlük məsələsi olubsa, hazırda alyansın hərbi infrastrukturunun İsveç və Finlandıyada yerləşdirilməsidir.

"İndi Putin "yaxşı polis", Medvedev isə "pis polis" rolunu oynayır, hərçənd, əvvəllər bunu hamı başqa cür qəbul edib.

Mənbə: moderator.az