Çex qırıcıları Slovakiyanın hava məkanını qoruyacaq

Çex qırıcıları Slovakiyanın hava məkanını qoruyacaq<span class="qirmizi"></span>

Çexiya qırıcıları sentyabr ayından qonşu Slovakiyanın hava məkanını qoruyacaq.

"Unikal" xəbər verir ki, bu barədə Çexiyanın baş naziri Petr Fiala Reuters-ə açıqlama verib.

Slovakiya, Kiyevin Rusiyanın işğalından müdafiəsinə kömək etmək üçün qonşu Ukraynaya göndərilə bilən Rusiya istehsalı olan MiQ-29 qırıcılarını təqaüdə çıxarmaq qərarına gəldikdə, NATO müttəfiqlərindən onun səmasında patrul xidmətini xahiş edib.

Fiala slovakiyalı həmkarı Eduard Heqerlə teledebat zamanı bu barədə heç bir problemin olmadığını və hökumətin buna mütləq razılıq verəcəyini bildirib.

Qeyd edək ki, Slovakiya 2018-ci ildə ABŞ-dan F-16 qırıcıları sifariş edib. İlk təyyarənin bu il gəlməsi gözlənilirdi, lakin indi çatdırılmanın 2024-cü ildə baş tutacağı bildirilir.

Gültəkin

Mənbə: www.unikal.org