Mərkəzi Bankın sədri İsveçrə Milli Bankının sədri ilə görüşüb

Mərkəzi Bankın sədri İsveçrə Milli Bankının sədri ilə görüşüb<span class="qirmizi"></span>

 

 

Mərkəzi Bankın sədri Taleh Kazımov İsveçrə Milli Bankının sədri Tomas Jordan ilə görüşüb.

"APA-Economics" xəbər verir ki, T.Kazımov bu barədə özünün "Twitter" hesabında bildirib.

"Azərbaycan Mərkəzi Bankı ilə İsveçrə Milli Bankı arasında əməkdaşlıq əlaqələri, texniki yardım proqramları, o cümlədən Azərbaycan-İsveçrə bankları arasında əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışdıq", - deyə AMB sədri əlavə edib.

Mənbə: pia.az