Ərdoğanın rəsmi proqramları ləğv edildi

Prezident Ərdoğanın dünən Bursada keçirəcəyi proqram ləğv edilib.

"Unikal" xəbər verir ki, AK Partiya Bursa Millət vəkili Refik Özen prezident Ərdoğanın soyuqdəymə keçirdiyini və bu səbəbdən proqramların ləğv edildiyini bildirib.

Rəcəb Tayyib Ərdoğan BTSO-nun mükafatlandırma mərasimində 18 milyard lirəlik özəl və dövlət investisiyalarının açılışına qatılacağı gözlənilirdi. Ərdoğanın Gökdere Meydanında ictimaiyyətlə görüşməsi planlaşdırılan bütün proqramları daha sonrakı tarixə salınıb. Ərdoğanın verilişlərini ləğv etməsinin səbəbi çox maraqlı olub.

Belə ki, AK Partiya Bursa Vilayət Başçısı Davud Gürkanın sosial media hesabından prezidentin səhhətində problem yaşadığını deyib:

"Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək Bursa Yığıncağı, Özəl və İctimai Qurumlarımızın açılış mərasimləri bir gün təxirə salınıb. Prezidentimizin proqramının iptalı soyuqdəymə ilə bağlıdır. Təbii ki, Prezidentimizin sağlamlığı hər şeydən önəmlidir. Bu mənada ümid edirəm ki, o, mümkün qədər tez sağlamlığına qovuşacaq"-deyə Davud Gürkan bildirib.

Gültəkin Ələsgər

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Müharibədə həlak olan ukraynalı idmançıların sayı açıqlanıb

SONRAKI XƏBƏR

Gürcüstan ciddi siyasi təlatümlə üz-üzə