Ukrayna Rusiyanın şərtləri ilə razılaşmalı olacaq

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov, gec-tez Qərbdə sağlam düşüncənin qalib gələcəyini və Ukrayna ilə bağlı danışıqların bərpa olunacağını bildirib.

SİA bu barədə rus saytlarına istinad edir.

“İndi vəziyyəti sakitləşdirmək üçün təşəbbüslərə tələb azalıb. Amma biz şübhə etmirik ki, gec-tez sağlam düşüncə qalib gələcək”.

Qeyd edək ki, Peskov bunu “Rossiya 1” telekanalının efirində deyib.

Mətbuat katibinin fikrincə, bundan əvvəl Ukrayna tərəfi Moskvanın onsuz da çox yaxşı bildiyi bütün şərtləri anlamalı olacaq. Ona görə də, Peskov Kiyevi bunlarla razılaşmağa çağırır.

Yəni onun dediyindən belə başa düşülür ki, “...Ukrayna əvvəl-axır Rusiyanın şərtləri ilə razılaşmalı olacaq”.

Maraqlıdır ki, bu arada Rusiya XİN-nin sözçüsü Zaxarova Minsk razılaşmalarına əsasən Kiyevin ikinci şansı olmayacağını bildirib.

Ağasəf Babayev

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Üç klub Ronaldodan imtina etdi

SONRAKI XƏBƏR

ÜST: “Meymunçiçəyinə yoluxanların sayı üç dəfə artıb”