Ceyhun Bayramov bu gün İrana səfər edəcək

Ceyhun Bayramov bu gün   <span class="qirmizi">İrana səfər edəcək</span>

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün  İrana səfər edəcək.

Səfər İran tərəfinin dəvəti ilə baş tutacaq.

C.Bayramov səfər çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian, İran Prezidenti İbrahim Rəisi, parlamentin sədri Məhəmməd Bağır Qalibaf və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə ikitərəfli münasibətlərin inkişafı, regionda və dünyada baş verən proseslər müzakirə olunacaq.

Mənbə: oxu.az