Rusların silah daşıdığı körpü partladıldı

Rusların silah daşıdığı körpü partladıldı<span class="qirmizi"></span>

Ukraynanın ruslar tərəfindən işğal olunmuş Zaporojye vilayətində dəmiryol körpüsü partladılıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilib ki, rusların qatarla silah daşımaq üçün istifadə etdiyi Melitopol və Tokmak şəhərləri arasında körpü partladılıb.

Körpünün partladılmasında istifadə edilən partlayıcının “Lend-Liz” qanunu çərçivəsində alınan silahlardan olduğu deyilib.

Mənbə: axar.az