Qaribaşviliyə verilən ultimatumun vaxtı uzadıldı

Qaribaşviliyə verilən ultimatumun vaxtı uzadıldı<span class="qirmizi"></span>

Tbilisidə keçirilən mitinqin təşkilatçıları yeni ultimatumla çıxış ediblər.

Redaktor.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin bu gecə saat 24:00-dək istefa verməsi tələb olunub.

Müddətin başa çatmasından sonra xalq hərəkatı konkret fəaliyyət planını açıqlayacaq.

Təşkilatçılardan biri olan Laşa Buğadze çıxış edərək bildirib ki, Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusu almayana qədər aksiyalar davam etdiriləcək.

 

Mənbə: redaktor.az