Ukrayna təsdiqlədi: Ölkənin şərqindəki “son qalası” Rusiya ordusunun nəzarətinə keçdi

Ukraynanın Baş Qərargahı Rusiya Müdafiə Nazirliyinin ölkənin şərqindəki “son qalası” kimi qələmə verdiyi Lisıçanskın tamamilə Rusiya ordusunun nəzarətində olduğunu elan etdikdən sonra Ukrayna ordusunun Lisiçanskdan geri çəkildiyini təsdiqləyib.

Avropa.info xəbər verir ki, Baş Qərargahın yaydığı yazılı açıqlamada, Ukrayna ordusunun Lisiçanskda şiddətli toqquşmalardan sonra işğal altındakı mövqe və xətlərdən geri çəkilməli olduğu ifadə edilərək, “Rusiya işğalçı qoşunlarının döyüş sursatı və şəxsi heyətin çoxsaylı üstünlükləri qarşısında şəhərin müdafiəsini davam etdirməyin ölümcül nəticələri olacaq. Ukraynalı müdafiəçilərin həyatını xilas etmək üçün oranı tərk etmək qərarı verilib", bildirilib.
Məlumatda Rusiyaya qarşı yalnız polad iradə və vətənpərvərliyin kifayət etmədiyi bildirilib, maddi-texniki resurslara ehtiyac olduğu vurğulanıb.
Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada, "Rusiya Silahlı Qüvvələrinin Luqansk Xalq Milis birlikləri ilə koordinasiyalı şəkildə həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Lisıçansk və ətrafındakı müxtəlif yaşayış məntəqələrinin tam nəzarət altına alındığı" bildirilib. Açıqlamada, Lısıçanskdan kənarda nəzarət edilən yaşayış məntəqələrinin Beloqorovka, Novodruzhesk, Maloryazantsevo və Belaya Qora olduğu və son 24 saat ərzində nəzarət altında olan ərazinin 182 kvadrat kilometr əraziyə uyğun gəldiyi bildirilib. Rusiya Lisıçansk və onun ətrafındakı müxtəlif yaşayış məntəqələrinə nəzarəti ələ keçirməklə, rusiyapərəst separatçıların yerləşdiyi Luqansk vilayətinə nəzarəti ələ keçirib.

Avropa.info

ƏVVƏLKİ XƏBƏR

Məşhur televiziya ulduzu Bodrumda qəzaya düşdü - sevgilisi öldü

SONRAKI XƏBƏR

Almaniya nə qədər ukraynalı qaçqın qəbul edib?