Tbilisidə nümayişçilər gecəni parlamentin binası önündə keçirəcəklər

Tbilisidə keçirilən "Evə, Avropaya" şüarlı mitinqin iştirakçılarının bir qismi hakim Gürcü Arzusu Partiyasının mərkəzi qərargahına doğru yürüş edib.

Milli.Az "Report"a istinadən bildirir ki, ofisin yaxınlığına çatan aksiyaçılar "Get, get!" şüarı səsləndirirlər.

Əraziyə çox sayda polis əməkdaşları səfərbər olunub.

Mitinq iştirakçılarının bir hissəsi isə gecəni parlamentin binası önündə keçirməyi planlaşdırıblar. Onlar səhər saatlarında hökumət administrasiyasının binası qarşısında aksiya keçirəcəklərini bildiriblər.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin bu gecə saat 24:00-dək istefa verməsi tələb olunub.

Müddətin başa çatmasından sonra xalq hərəkatı konkret fəaliyyət planını açıqlayacaq.

Təşkilatçılardan biri olan Laşa Buğadze çıxış edərək bildirib ki, Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusu almayana qədər aksiyalar davam etdiriləcək.

Qeyd edək ki, Tbilisidə "Evə, Avropaya" şüarlı kütləvi aksiyalar Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd statusu almamasından sonra keçirilməyə başlanılıb. Təşkilatçılar hesab edirlər ki, statusun verilməsi üçün Avropa Komissiyasının təqdim etdiyi 12 şərtin yerinə yetirilməsini milli razılıq hökuməti təmin edə bilər.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Bayden jurnalistin sulına cavab verə bilmədi

SONRAKI XƏBƏR

Britni Spirsin azadlıq sevinci