İsveçrə Avropaya miqrasiya axınının artacağını gözləyir

İsveçrə Avropaya miqrasiya axınının artacağını gözləyir<span class="qirmizi"></span>

Şimali Afrikadakı ağır iqtisadi vəziyyət də daxil olmaqla, Avropaya miqrasiya axını artacaq.

“Report” xəbər verir ki, bu barədə İsveçrənin ədliyyə və polis naziri Karin Keller-Sutter “Blick” qəzetində dərc olunan müsahibəsində bildirib.

O, üçüncü ölkələrdən İsveçrəyə artan miqrasiya haqqında məlumat verib: “Avropaya miqrasiya təzyiqi, görünür, iqtisadi vəziyyətə, xüsusən də Şimali Afrikaya görə artmağa davam etməlidir. Böhranların bir-birini izləmədiyi, üst-üstə düşdüyü bir dövrdə yaşayırıq”.

Nazir əlavə edib ki, payızda koronavirusa yoluxanlarının sayının artması, enerji böhranı təhlükəsi və təchizat zəncirlərinin kəsilməsi səbəbindən vacib malların idxalında çatışmazlıq vəziyyəti çətinləşdirəcək.

Mənbə: report.az