Kreml Kalininqrad qadağası ilə oyun oynayır

Kreml Kalininqrad qadağası ilə oyun oynayır<span class="qirmizi"></span>

Litva öz ərazisindən Kalininqrada tranzit keçidini aprel ayından, AB-nin müvafiq sanksiyasından sonra bağlayıb.

Axar.az xəbər verir ki, bu sözləri Litva xarici işlər naziri Qabrielius Landsberqis deyib.

O bildirib ki, Putin bu məhdudiyyətə iyunda reaksiya göstərib, bu isə Kremlin hansısa oyunlarından xəbər verir:

“Bəzilərinin fikrincə, bu, Ukraynada müharibənin "yaxşı getmədiyinə" görədir və diqqəti yayındırmaq məqsədi daşıyır. Halbuki dördüncü sanksiya paketi apreldə qəbul olunub. Bütün izahat orada idi. Və biz tranzitin həcminin azaldığını gördük. Ona görə də indi müşahidə etdiklərimiz oyundur”

Qeyd edək ki, Litva Qərbin sanksiyaları altına düşən məhsulların Kalininqrada tranzitinə qadağa qoyduğunu bildirib. Rusiya isə buna kəskin reaksiya verib.

Mənbə: axar.az