"1in.am": Təlimlərdə iştirak edənlər 3 aylıq müddətin çox uzun olmasından narazılıq edirlər

"1in.am": Təlimlərdə iştirak edənlər 3 aylıq müddətin çox uzun olmasından narazılıq edirlər<span class="qirmizi"></span>

 

Avqustun 1-dən oktyabrın 30-dək ehtiyatda olan erməni hərbi qulluqçuların növbəti təlim toplanışları keçiriləcək. Ermənistanın "1in.am" nəşri yazır ki, bu barədə qərar iyunun 23-də hökumətin iclasında qəbul edilib.

"Təlim toplanışlarına rezerv qoşununun birinci qrupunun birinci və ikinci kateqoriyalarında qeydiyyata alınmış sıravi, gizir və zabit heyətlərinin ehtiyatda olan hərbi qulluqçuları daxil ediləcək. Təlimlərə 1444 nəfərədək vətəndaşın cəlb olunması planlaşdırılır ki, onlardan 1249 nəfəri sıravi və kiçik gizir heyətlərinin, 65-i baş gizir heyətinin, 130-u isə zabit heyətinin motoatıcılarıdır. Bu xəbər təbii ki, xeyli narazılıqlara səbəb olur. Bu toplanışlarda iştirak edənlər 3 aylıq müddətin çox uzun olmasından narazılıq edirlər. Heç bir mütəxəssis 90 gün iş masasını tərk edə bilməz", - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az