Ukrayna ordusu Xersondan snayper atəşi məsafəsindədir...-"The Economist"

Ukrayna ordusu Xersondan snayper atəşi məsafəsindədir...-"The Economist"<span class="qirmizi"></span>

Bu istiqamətdə növbəti həftələr maraqlı olacaq...

"Ukrayna Silahlı Qüvvələrinin Xerson istiqamətində müəyyən taktiki uğurları var. Ukrayna ordusu artıq bu istiqamətdəki taktiki uğurları ilə öyünə bilər. Bununla belə, rus işğalçıları təslim olmaq fikrində deyillər".

Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın "The Economist" nəşri yazır.

Nəşrin məlumatına görə, adı çəkilməyən ukraynalı hərbi kəşfiyyatçı bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin öncül bölmələri artıq Xersonun kənarından snayperlərin atəşi çatan (təxminən bir kilometr) məsafədədir.

“Növbəti bir-iki həftə daha maraqlı olacaq. Ancaq qeyd olunur ki, nə baş versə də, bu hələ bütün cəbhələrdə genişmiqyaslı əks-hücum demək deyil... Açıq Xerson ovalığı o deməkdir ki, Ukraynanın oradakı istənilən hücumu Rusiya artilleriyasının tam gücünü hiss edir”, - deyə "The Economist" nəzərə çatdırıb.

Qəzetin yazdığına görə, şahidlər "tərəflərdən heç birinin təslim olmaq niyyətində olmadığını" deyirlər.

Bundan əvvəl hərbi ekspert Oleq Jdanov Ukrayna ordusunun Xersondakı Rusiya işğalçılarının təchizat yollarını kəsməyə çalışdığını təxmin edib, lakin şəhərə birbaşa hücum gözləmək lazım olmadığını bildirib...

 

Sultan Laçın

Mənbə: moderator.az