Lukaşenko Ukraynanı hədələdi - bizi təxribata çəkməyin, yoxsa…

Lukaşenko Ukraynanı hədələdi  - bizi təxribata çəkməyin, yoxsa…<span class="qirmizi"></span>

Rusiya prezidenti Vladimir Putinin ən yaxın silahdaşı Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna ərazisindən Belarus ərazisindəki hərbi obyektlərə raket hücumu edildiyini, lakin raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib.

Belarus Dövlət Agentliyi “Belta”nın məlumata görə, Lukaşenko Ukrayna ilə müharibə istəmədiklərini, lakin ərazilərinə hücum olarsa, cavab verəcəklərini bildirib: "Bizi təxribata çəkirlər. Sizə deməliyəm ki, üç gün əvvəl, bəlkə bir az daha çox, Ukraynadan Belarus ərazisindəki hərbi obyektlərə hücum cəhdi edildi. Lakin “Pantsir” sistemləri Ukraynadan buraxılan bütün raketləri dayandıra bildi”.

Lukaşenko həmçinin bildirib ki, Belarus əsgərləri Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatda iştirak etmir.

Tahir TAĞIYEV

Mənbə: www.baki-xeber.com