Özbəkistandakı iğtişaşlarda ölənlərin SAYI

Qaraqalpaq Muxtar Vilayətində baş vermiş toqquşmalarda 18 nəfər həlak olub.

Lent.az xəbər verir ki, bu barədə Özbəkistan baş prokurorluğu məlumat yayıb. Bildirilib ki, həlak olanların hamısı ağır zədələrin qurbanı olub.

Qeyd edək ki, Qaraqalpaqda iğtişaşlar prezident Şavkət Mirziyevin konstitusiyaya dəyişikliklər barədə təklifindən sonra başlamışdı. Bu təkliflər nəticəsində Qaraqalpaqın muxtar vilayət statusu ləğv ediləcəkdi. Ancaq bu gün səhər həmin məsələ konstitusiyaya dəyişiklikləri sırasından çıxarılıb.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda 80 yaşlı kişi arvadı tərəfindən DÖYÜLÜB

SONRAKI XƏBƏR

Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı alındı