Kəlbəcər təxribatının PƏRDƏARXASI - Ordumuz bunu bağışlamayacaq

"Azərbaycan tərəfi Ermənistanın təxribatlarına dəfələrlə öz münasibətini bildirərək xəbərdarlıq edib ki, adekvat cavab veriləcək".

Bunu Milli.Az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

O bildirib ki, regionda sülhün olmasını istəməyən qüvvələr var:

"Biz indi Azərbaycanla Ermənistan arasındakı dövlət sərhəddindəki təxribatlardan danışırıq. Sərhəd məsələsi ilə əmmalar hələ ki çoxdur. Ermənistan-Azərbaycan sərhəddi hələ ki iki dövlət tərəfindən ratifikasiya və yaxud delimitasiya-demarkasiya olunmayıb. Yəni sərhəd demək olar ki, sərhəddən çox indiki vəziyyətdə bir təmas xəttidir. Ona görə ki, indi hər iki tərəfdə səngərlər qazılıb və hər iki tərəfdən mövqelər qurulub.

Təbii ki, Azərbaycan bu mövqeləri müəyyən qaydalar əsasında dövlət sərhəddi kimi qəbul edib və öz dövlət sərhəddini məhz bu sərhədlərlə qoruyur. Ancaq heç bir rəsmi sənədləşmə getmir. Təbii ki, ermənilər bunu de-yure qəbul etmirlər və indiyə kimi də delimitasiya-demarkasiya məsələsi də uzanır.

Aydındır ki, Azərbaycanla Ermənistan münasibətlərində daim gərginliş saxlamaq istəyən, bunda maraqlı olan qüvvələr var. Bu qüvvələr demək olar ki, xaricdən təsir edirlər və mütəmadi olaraq Ermənistanın istər daxili, istərsə də xarici siyasətində müəyyən gərginliyə səbəb olacaq addımları müşahidə olunur.

Geosiyasi arenada hazırda davam edən proseslərə nəzərən məhz Cənubi Qafqazda sülhün olmasını istəməyən qüvvələr mövcuddur. Bəzi böyük dövlətlər də bu qüvvələrin içində olmaqla erməni diasporları vasitəsilə öz siyasətini həyata keçirməyə çalışırlar. Bunlar hamısı demək olar ki, geosiyasi arenada gedən proseslərin nəticəsidir. Əgər biz nəzərdə tutsaq ki, Ermənistan məhz Rusiyanın forpostu kimi qəbul olunur və Rusiyanın həm marağını, həm də ki, bu regionda olan təzyiqini nəzərə alsaq, əlbəttə, bu dəqiqə Rusiyaya qarşı olan digər proseslər də məhz burada da müəyyən şəkildə öz əksini tapır.

Uzağa getməyək, dərinə də getməyək. Hazırda bir Bəyannamə (10 noyabr 2020-ci il - red.) var, orada müddəalar var. Müddəalar üzərində hər üç tərəf də (Rusiya, Azərbaycan, Ermənistan) işləyib. Əlbəttə, yavaş-gec getsə də hər halda indi delimitasiya-demarkasiya məsələsi gündəmdədir. Belə olduğu halda Azərbaycanla Ermənistan arasında nə qədər çox qonşuluq münasibətlərinə doğru proseslər müsbət məcrada davam edəcəksə, bunu istəməyən qüvvələr də o qədər aktivləşəcək və çalışacaqlar ki, buna müəyyən şəkildə mane olsunlar.

Azərbaycan öz seçimini edib və əməliyyat şəraitinə nəzarət edir, güclü ordusu var, imkanları Ermənistanın hər hansı təxribatının qarışının alınmasına qadirdir və alır da. Ona görə də Azərbaycan bundan sonra da istənilən bir təxribata, artəşkəsin pozulmasına adekvat cavab verərək qarşı tərəfi yerində otuzduracaq".

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Bu gün Bakı metrosu yay qrafikinə keçir

SONRAKI XƏBƏR

İrandakı güclü zəlzələnin Azərbaycana təsiri ola bilər? - AÇIQLAMA - VİDEO