Putinin əməkdaşı Xersona getdi

Putinin əməkdaşı Xersona getdi<span class="qirmizi"></span>

Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Serhiy Kiriyenko Xersona səfər edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. Bildirilir ki, rusların “Xerson vilayəti administrasiyası”na rəhbər təyin etdiyi Qauleyter Volodimir Saldo ilə birlikdə Kiriyenko “mənzil, kənd təsərrüfatı, səhiyyə və sosial sfera məsələləri” mövzusunda müşavirə keçirib.

İclasda Xerson vilayətinin qondarma “hərbi-mülki administrasiyası” rəhbərinin müavini Kirilo Stremousov da iştirak edib.

Gülayə Mecid

Mənbə: www.unikal.org