PUTİN REJİMİ NECƏ VƏ NİYƏ YARANDI? - Qriqori Yavlinski səbəbləri açıqladı

PUTİN REJİMİ NECƏ VƏ NİYƏ YARANDI? - Qriqori Yavlinski səbəbləri açıqladı<span class="qirmizi"></span>

“Rusiyada modernləşməni həyata keçirmək üçün tarixi fürsət itirildi”

 

"Bu gün baş verənlər gələcəkdə ən vəhşi formalarda təkrarlanacaq"

Rusiya Dövlət Dumasının keçmiş deputatı, müxalif "Yaploko"blokunun təsisçisi və Sankt-Peterburq Qanunvericilik Məclisindəki fraksiyanın rəhbəri Qriqori Yavlinski Ukraynaya qarşı aparılan müharibəyə gətirib çıxaran səbəblər və perspektiv haqqında məqalə dərc edib.

AzPolitika.info" onun məqaləsini kiçik ixtisarla oxuculara təqdim edir:

"Rusiyada baş verənləri başa düşmək üçün və gələcək haqqında düşünməyə çalışmazdan əvvəl əsas suala cavab verməliyik: biz Avropada Dünya Müharibəsindən sonra ən böyük dövlətlərarası silahlı münaqişəni təşkil edən siyasi sistemə və dövlət quruluşuna niyə və necə gəldik? Gələcək üçün ciddi tam miqyaslı və birbaşa təhlükə yaradan çoxlu qurbanlarlamı? Yəni 2022-ci il fevralın 24-də Ukraynaya qarşı qondarma xüsusi hərbi əməliyyatın başlanmasına səbəb olan siyasi sistem niyə və necə yaranıb?

Bu suala cavab vermədən biz Rusiyanın 30 ildir girdiyi fəlakətli çuxurdan çıxaranmayacağıq və bu gün baş verənlər gələcəkdə ən vəhşi formalarda təkrarlanacaq.Səbəbləri başa düşmək vacibdir.

Əsas səbəb, Rusiya hakimiyyətinin son 30 ildə ölkə əhalisini siyasətin subyekti, onun azadlığını və real rifahını isə ümummilli məqsəd hesab etməkdən imtina etməsi ilə əlaqədar olan postsovet modernizasiyasının uğursuzluğudur.

İlk addım 1991-ci ilin dekabrında Belovejskaya sazişlərinin imzalanması oldu. Bu da onilliklər ərzində inkişaf etmiş iqtisadi əlaqələrin köklü şəkildə dağılması, kobud və ani şəkildə kəsilməsi demək idi.

O dövrdə Rusiya üçün tamamilə yararsız olan “Vaşinqton Konsensusu” adlanan tövsiyyələrə uyğun olaraq aparılan islahatlar hiperinflyasiyaya və müvafiq olaraq ölkə vətəndaşlarının bütün əmanətlərinin müsadirə olunmasına, sonra isə kriminal özəlləşdirməyə gətirib çıxardı. Nəticədə, oliqarxiya formalaşdı və xüsusi mülkiyyətçilər postsovet Rusiyasında heç vaxt meydana çıxmadı. Formal olaraq xüsusi mülkiyyət olsa da,bu, keçmişdə olduğu kimi yenə də hakimiyyətin iradəsindən asılıdır: hər an yeni yenidən bölüşdürülməyə məruz qala bilər.

Eyni zamanda, yeni iqtisadiyyatın formalaşması üçün zəruri olan bütün həyati vacib institusiona, hüquqi islahatlar arxa plana keçirildi. Ölkə faktiki olaraq bütün real demokratik təsisatlardan və hüquq sistemindən məhrum edildi və vəziyyət belə olaraq qalır.

Avtoritar dövlət quruculuğunun əsas mərhələlərindən biri 1996-cı il prezident seçkiləri idi. Seçkilər Rusiyada formalaşmaqda olan seçki institutunu, parlamentarizmi və təmsilçilik hakimiyyətini sarsıtdı. Hakimiyyətin və mülkiyyətin birləşməsi birinci şəxsin dəyişməzliyini tələb edirdi. Hətta səhm müqabilində kredit hərraclarının qanuniliyi məsələsinin gündəmə gətirilməsi ehtimalı və hakim nomenklaturanın cinayət yolu ilə əldə etdiyi əmlaka sərəncam vermək azadlığını məhdudlaşdıran hər hansı tədbirlər Rusiyanın yeni elitası üçün qəbuledilməz idi.

Keçid dövrünün birinci və əsas vəzifəsi, o vaxtkı rəhbərliyin, həmçinin onun ən yaxın adamlarının başa düşdüyü kimi, hər hansı bir vasitə ilə, o cümlədən açıq fırıldaqçılardan istifadə edərək, müvafiq aktivlər və səlahiyyətlərdən istifadə edərək, iri özəl mülkiyyətçilər sinfinin yaradılması idi. Bu insanların kollektiv şüuru, nəyin icazəli və yolverilməz, mümkün və qeyri-mümkün, arzuolunan və arzuolunmaz və s. haqqında təsəvvürləri obyektiv olaraq, onların düşüncələrini ifadə edən bir insanın ali hakimiyyətinə gətirib çıxardı.

Cinayətkar özəlləşdirmənin benefisiarlarının maraqlarını qorumaq və hakimiyyətin uğurla nəhəng mülkiyyətçilərə iqtidarına çevrilməsinə şərait yaradan məhz həmin qərarların qəbulunu təmin etmək lazım idi. Bazarda ədalətli rəqabətə yönəlmiş hər şey sabotaj edildi və ləkələndi. Bu, ölkənin və onun gələcəyinin tamamilə itirildiyi bir siyasi seçim idi. Qeyd etmək vacibdir ki, bir qayda olaraq, postsovet ziyalılarının eyni nümayəndələri 1996-cı ildə Yeltsin, 2000-ci ildə Putin, 2021-ci ildə isə Navalnı “ağıllı səsvermə” üçün kampaniya aparıblar. Ümumiyyətlə, postsovet ziyalıları və “yaradıcı təbəqə” bu istiqamətdə rol oynamaqla, 1990-cı illərin yanlış və cinayətkar islahatlarına, Rusiyada avtoritar, şovinist siyasi sistemin formalaşmasına qeyd-şərtsiz dəstək verməklə yaranmış vziyyətin məsuliyyətinin mühüm hissəsini daşıyırlar.

Rusiyanın müasir siyasi quruluşunun formalaşmasında həlledici rolu 1990-cı illərdə Rusiya hakimiyyətinin 1917-ci il oktyabr çevrilişinə, siyasi cərəyan kimi bolşevizmə, stalinizmə hüquqi qiymət verməyə cəsarət etməməsi də oynadı. Əvəzində postsovet Rusiyası SSRİ-nin varisi elan edildi. Bu, Stalin dövründə sovet sisteminin bir hissəsinə çevrilmiş “böyük imperiya gücü” ənənəsinə sadiqlik demək idi. Stalinizmdən imtina olunmaması 21-ci əsrdə aqressiv imperiya siyasətinin, milli bolşevizmin dövlət ideologiyası kimi meydana çıxmasını əvvəlcədən müəyyənləşdirdi.

Nəticədə bolşevik tipli hüquqi nihilizmə, hakimiyyətlə mülkiyyətin birləşməsinə əsaslanan siyasi və iqtisadi sistem yarandı. Nə azad mətbuata, nə müstəqil məhkəməyə, nə real parlamentə, nə də seçkilərə burada yer ola bilməz. Çünki bütün bu qurumlar sistemin özü üçün təhlükədir.

Bu şəraitdə Putinin meydana çıxması nə təsadüf, nə də səhv hesablama idi. Bu, 1990-cı illərdə yaradılmış sistemi qorumaq zərurətindən irəli gələn şüurlu seçimdir.

Hakimiyyətin məqsədi mənfur və cinayətkar irsi düzəltmək deyil, 1990-cı illərdə formalaşmış mexanizmləri qoruyub saxlamaqdı. Beləliklə, Rusiyada modernləşməni həyata keçirmək üçün tarixi fürsət itirildi. Ölkədə avtoritar rejim təsbit edildi.

Belə bir şəraitdə enerji daşıyıcılarının yüksək qiymətləri ilə müşahidə edilən təsadüfi qlobal iqtisadi şərait əhalini qəsdən siyasətdən uzaqlaşdırmaqla yanaşı, Putin rejimini gücləndirən amilə çevrildi. Rusiya kimi real iqtisadi inkişafınolmadığı ölkədə baş verən böyük iqtisadi artım gec-tez müharibəyə gətirib çıxaracaqdı.

Baş verənlərin səbəblərini bilmək və başa düşmək gələcəyi düzgün və möhkəm mənəvi dəyərlər əsasında qura bilmək üçün lazımdır, nəinki indiki kimi yalan və qanunsuzluqlarla...".

"AzPolitika.info"

Mənbə: azpolitika.info