Putin Luqansk vilayətinə tam nəzarəti ələ keçirən hərbçiləri təbrik edib

"Luqansk uğrunda döyüşlərdə fəal iştirak edən bölmələr, istirahət etsinlər, imkanlarını artırsınlar". Ordu.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə bildirib.

Ukraynanın Luqansk vilayətinə tam nəzarəti ələ keçirən hərbçiləri təbrik edən Rusiya prezidenti “Şərq” və “Qərb” qruplaşmalarının əvvəlki plan üzrə öz vəzifələrini yerinə yetirməli olduğunu söyləyib.

Putin Luqanks uğrunda döyüşlərdə fərqlənmiş hərbçiləri mükafatlandıracaqlarını da əlavə edib. O, generallar Lapin və Abaçevə "Rusiya Qəhrəmanı" adının verilməsi haqqında fərman imzalayacağını qeyd edib.

Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan və İsrail gömrük əməkdaşlığının perspektivlərini müzakirə edib

SONRAKI XƏBƏR

Türkiyə kəşfiyyatı PKK terror qruplaşmasının rəhbərlərindən birini məhv edib