Türkiyə kəşfiyyatı PKK terror qruplaşmasının rəhbərlərindən birini məhv edib

Türkiyə kəşfiyyatı PKK terror qruplaşmasının rəhbərlərindən birini məhv edib<span class="qirmizi"></span>

Türkiyənin Milli Kəşfiyyat İdarəsi İraqın şimalıda PKK terror qruplaşmasına qarşı yeni əməliyyat keçirib.

“Report” “Hürriyət”ə istinadən xəbər verir ki, bu barədə idarə məlumat yayıb.

İraqın şimalındakı Qaraya endirilən dəqiq zərbə nəticəsində PKK-nın Şura üzvü, Berfin Nurhaq kod adlı Hanım Demir və yanındakı digər terrorçular məhv edilib.

Bildirilib ki, Türkiyə kəşfiyyatı uzun müddətimiş terrorçunu izləyirmiş. Onun bölgədə olması barədə kəşfiyayt məlumatları əldə olunandan sonra əməliyyata başlanılıb. Əməliyyatda iştirak edən Türkiyə kəşfiyyatının agentləri gizli formada ərazini tərk ediblər.

Mənbə: report.az