Ermənistanda siyasi böhranın yeni mərhələsi - Parlament böhranı

Ermənistanda siyasi böhranın yeni mərhələsi - Parlament böhranı<span class="qirmizi"></span>

Ötən gün "Vətəndaş müqaviləsi" fraksiyasının üzvləri öz adamları ilə parlamentin iclasını keçiriblər, səs veriblər və müvafiq olaraq parlamentin sədrinin müavini İşxan Sağatelyan və iqtisadi məsələlər üzrə daimi komissiyasının sədri Vahe Hakopyanın səlahiyyətlərinə xitam veriblər. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Past" nəşri yazıb.

Qeyd olunub ki, bunun ardınca Armen Gevorqyan Ermənistan parlamentinin regional və Avrasiya inteqrasiya komitəsinin sədri vəzifəsindən istefa verdiyini elan edib.

"Daha sonra deputat Tadevos Avetisyan parlamentin əmək və sosial məsələlər daimi komissiyasının sədr müavini vəzifəsindən, Hayk Mamicanyan xarici əlaqələr daimi komissiyasının sədr müavini vəzifəsindən, Artur Xaçatryan maliyyə krediti və büdcə məsələləri daimi komissiyasının sədr müavini vəzifəsindən istefa veriblər. Bir sözlə, müxalifətin cavabı gecikmədi və onlar faktiki olaraq demək olar bütün deputat vəzifələrindən (Taquhi Tovmasyandan başqa) istefa verdilər. Ancaq məsələ budur ki, onların qeyd olunan vəzifələri doldurmaq hüququ varmı, axı Dont qətnaməsinə görə, onları irəli sürmək hüququ müxalifətə məxsusdur və son düzəlişlə hakimiyyət yalnız komissiyaların sədr müavinləri vəzifəsinə namizədlər irəli sürə bilər", - deyə nəşr bildirib.

 

Mənbə: ordu.az