Ceyhun Bayramov: "Şərqi Zəngəzuru və Naxçıvanı birləşdirəcək ilk körpünün tikintisinə yaxın zamanda başlanacaq"

“Şərqi Zəngəzuru və Naxçıvanı birləşdirəcək ilk körpünün tikintisinə yaxın zamanda başlanacaq”.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, ilk körpünün texniki göstəriciləri artıq razılaşdırılıb və tezliklə tikinti işlərinə başlanılacaq.

“Biz həmçinin İranın regional formatlar, o cümlədən “3+3” mexanizmi çərçivəsində iştiraka və əməkdaşlığa konstruktiv mövqeyini alqışlayırıq. Yaxın gələcəkdə, “3+3” mexanizmi çərçivcəsində növbəti görüşə məhz İran ev sahibliyi edəcək”, - Azərbaycanın XİN rəhbəri bildirib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“Taliban” böyüklərlə azyaşlıların idman zalına birgə getmələrini qadağan edib

SONRAKI XƏBƏR

Abşeronda içərisində avtomobillər olan emalatxana yanıb