Erməni ekspertlər: "Rəqibə casusluq təkliflərinin məhz ermənilərin özü tərəfindən edildiyi hallar var"

Erməni ekspertlər: <span class="qirmizi">"Rəqibə casusluq təkliflərinin məhz ermənilərin özü tərəfindən edildiyi hallar var"</span>

"Belə bir təəssürat var ki, geniş yayılmış xain şəbəkə fəaliyyət göstərir. Dövlətin ideoloji sahədə problemi var". Ordu.az xəbər verir ki, bunu erməni politoloq Robert Gevondyan və Suveren Ermənistan Partiyasının sədr müavini Hovsep Qazaryan deyib.

Onların sözlərinə görə, iqtidar-müxalifət söhbəti cəmiyyəti parçalayır.

"Elə sərhədlər var ki, biz onları keçmişik: geriyə baxmaq və yenidən qiymətləndirmək lazımdır. Məğlub olmağımızın səbəblərindən biri də cəmiyyətin həmrəy olmaması idi", - deyə erməni ekspertlər vurğulayıblar.

Gevondyan qeyd edib ki, rəqibə casusluq təkliflərinin məhz ermənilərin özü tərəfindən edildiyi hallar var.
 

 

Mənbə: ordu.az