Pilotlar inanılmaz manevrlərlə zərbələr endirdilər - VİDEO

Ukrayna mediası gərgin döyüşlərə dair yeni kadrlar yayıb. AzVision.az xəbər verir ki, saytlar eyni anda 4 Mi-8 helikopterinin rus hərbçilərinin mövqelərinə atəş açdığını yazıblar. Fransız jurnalistlər atəş altında qaldılar - VİDEO Yayılan kadrlardan da aşkar görünür ki, qəfl hücum zamanı helikopterlər hədsiz dərəcədə aşağı hündürlükdə uçuşlar həyata keçiriblər.

"Normal vəziyyətdə pilotlara belə hündürlükdə uçuşlar reallaşdırılmasına qətiyyən imkan verilməzdi. İndiki halda qəhrəman pilotlarımız həyatlarını riskə ataraq radarlara düşməmək üçün yalnız ağac hündürlüyündə qalxıb uçuşlar həyata keçiriblər. Onların rusların mövqelərinə endirdikləri qrup halında olan zərbələr isə şok effekti yaradır", - saytlar yazıb.

Qeyd edək ki, ukraynalı pilotlar hələ SSRİ vaxtında Sovet ordusunda fərqlənir, peşəkarlıqları ilə önə çıxırdılar.

Tural Tağıyev

 

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

RUS ORDSUNUN BÖYÜK HƏRBİ ANBARI PARTLADILDI - VİDEO

SONRAKI XƏBƏR

"Ukraynaya ağ bayraq lazım deyil, silah lazımdır"