RUS ORDSUNUN BÖYÜK HƏRBİ ANBARI PARTLADILDI - VİDEO

RUS ORDSUNUN BÖYÜK HƏRBİ ANBARI PARTLADILDI - VİDEO<span class="qirmizi"></span>

ABŞ, Böyük Britaniya və bir sıra Avropa ölkələri Ukraynaya uzaq məsafələrdəki hədəfləri dəqiqliklə vura bilən reaktiv artilleriya sistemləri göndərməyə başladıqdan sonra Rusiya ordusu ciddi itkilər yaşayır.

İzyum adasının geri alınması və orada böyük həcmdə hərbi ləvazimatın, canlı qüvvənin məhv edilməsinə, habelə cəbhəyanı bölgələrdə yerləşən hərbi anbarların vurulmasına dünən axşam daha bir hadisə əlavə olunub.

Belə ki, Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Snejnoe şəhərində Rusiya işğalçılarının ən böyük silah-sursat anbarını partladıb.

Xatırladaq ki, Snejnoe hələ 2014-cü ildə işğal olunub və hazırkı cəbhə xəttindən təxminən 65 kilometr məsafədə yerləşir. Sosial şəbəkələrdə paylaşılan videogörüntülərdən məlum olur ki, partlayış çox güclü olub və işğalçılar böyük həcmdə hərbi təchizatlarını itiriblər.

Mənbə: azpolitika.info