Bu adada yenə Ukrayna bayrağı qaldırıldı

Bu adada yenə Ukrayna bayrağı qaldırıldı <span class="qirmizi"></span>

Zmeyni adasında Ukrayna bayrağı qaldırılıb.

Axar.az xəbər verir ki, bunu iyulun 4-də keçirdiyi brifinqdə Ukraynanın müdafiə qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Nataliya Qumenyuk bildirib.

Məlumdur ki, iyunun 30-na keçən gecə Ukrayna artilleriya atəşinə, raket və hava zərbələrinə tab gətirə bilməyən rus işğalçıları Zmeyni adasını tərk ediblər.

“Bu ərazi yenidən Ukraynanın yurisdiksiyasına qaytarılıb”, - Qumenyuk bildirib.

Mənbə: axar.az