"Bolqarıstandakı səfirliyimiz fəaliyyətini davam etdirə bilməz" - Lavrov

"Bolqarıstandakı səfirliyimiz fəaliyyətini davam etdirə bilməz" - Lavrov<span class="qirmizi"></span>

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 70 diplomatın ölkədən çıxarılmasından sonra Bolqarıstandakı səfirliyin fəaliyyətini davam etdirə bilməyəcəyini bildirib.

"Unikal" TASS-a istinadən bildirir ki, XİN rəhbəri bunu Venesuela xarici işlər naziri Karlos Faria ilə danışıqlardan sonra deyib.

"O ki qaldı faktiki vəziyyətə, belə demək mümkünsə, Bolqarıstanın qeyri-qanuni olaraq qovduğu, persona non-qrata elan etdiyi insanlar, onların əksəriyyəti diplomatik nümayəndəliklərimizin həyati fəaliyyətini təmin ediblər. İndi bu qeyri-qanuni hiylədən sonra, Xarici İşlər Nazirliyinin məlumatına görə, səfirlik tamamilə normal işləyə bilmir", - deyə Lavrov Bolqarıstan hökumətinin qərarını şərh edib.

O əlavə edib ki, Rusiya mütləq Bolqarıstan hakimiyyətinin hərəkətlərinə cavab verəcək: "Təbii ki, biz bolqar həmkarlarımıza qarşılıq verəcəyik".

Ağarza Elçinoğlu

Mənbə: www.unikal.org