"Biz mütləq geri dönəcək, Ukrayna şəhərini Rusiya işğalından azad edəcəyik..."

Lisiçanskdan sonra rusiyalıların növbəti hədəfləri hansı şəhərlər olacaq?

Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin Lisiçanskı tərk etdikdən sonra praktiki olaraq Luqansk vilayətini tam ələ keçirib.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibəni öyrənən institutunun (ISW) hesabatında deyilir.

Hesabatda rusiyalıların Donbasın hansı şəhərlərinin hücuma məruz qoyacağını proqnozlaşdırıb, habelə Lisiçanskı ələ keçirmək əməliyyatına rəhbərlik edən rusiyalı komandirlərin soyadlarını açıqlayıb.

"Ehtimal ki, Rusiya qoşunları növbəti dəfə Seversk şəhərinə hücum edəcək, hərçənd, bunun əvəzinə və ya bununla eyni zamanda Bahmut və ya Slavyanska daha güclü hücuma başlaya bilər.

Ehtimal ki, Ukrayna qoşunları Slavyanskdan Bahmut vasitəsilə Debaltsevo tərəfə, E40 trasa doğru geri çəkiləcək. Onların Seversk ətrafında müdafiə olunacağı aydın deyil", - Amerika analitikləri qeyd edib.

Hesabatda deyilir ki, Lisiçansk ətrafında taktiki fəaliyyətə görə iki yüksək rütbəli rusiyalı komandirlər-Mərkəzi Hərbi Dairənin komandanı, general-polkovnik Aleksandr Lapin və Hava-Kosmik Qüvvələrinin komandanı, general Sergey Surovikin cavabdehdir.

"İki belə yüksək rütbəli komandirlərin eyni əməliyyatda, cəbhənin kiçik sahəsində iştirakı diqqət çəkir və ehtimal ki, bu, prezident Putinin Lisiçansk və Luqansk vilayətinin sərhədlərinin təhlükəsizliyinə önəm verdiyini, həmçinin, kiçik zabitlərə etimadının olmamasını göstərir", - ISW analitikləri buna əmindir.

Xatırladaq ki, bu ərəfədə Rusiya müdafiə naziri Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinə Luqansk vilayətinin "azad edilməsi" barədə məruzə edib.

Sonradan Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Lisiçansk şəhərinin müdafiəsindən şəxsi heyət arasında böyük itkikərə yol verilməməsi üçün əl çəkdiyini təsdiq edib.

Yeri gəlmişkən, ukraynalı hərbçilər "mütləq geri qayıdacaqlarını" və Ukrayna şəhərini Rusiyanın işğalından azad edəcəyini vəd edib.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Maska tələbi bu vaxtdan qüvvəyə minə bilər - AÇIQLAMA

SONRAKI XƏBƏR

Avstriya XİN başçısı: “Bakıdan Ankaraya qədər nəhəng iqtisadi imkanlar var”