“Rusiya 70 diplomatının Bolqarıstandan çıxarılmasının qarşılığını verəcək” - Lavrov

“Rusiya 70 diplomatının Bolqarıstandan çıxarılmasının qarşılığını verəcək” - Lavrov<span class="qirmizi"></span>

 

70 diplomatın Bolqarıstandan qovulmasından sonra Rusiya səfirliyi normal işləyə bilmir. Ordu.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov venesuelalı həmkarı ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Lavrov Rusiyanın Bolqarıstanın bu addımına qarşılıq verəcəyini söyləyib.

O, Rusiyanın Bolqarıstandakı səfirliyinin 70 əməkdaşının ölkədən çıxarılması qərarının Vaşinqtonun Sofiyaya təzyiqi ilə bağlı olduğunu bildirib.

"Bu, tamamilə açıq və birmənalı olaraq amerikapərəst mövqeyə malik qərardır və Baş nazir səlahiyyətlərini icra edən şəxsin müstəqil qərarı deyil. Onlar təkcə Bolqarıstanın deyil, Balkanlardakı digər xalqların, yeri gəlmişkən, pravoslav xalqların tarixi yaddaşını öldürmək istəyirlər”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Ordu.az

 

Mənbə: ordu.az