Erməni hərbi qulluqçunun valideyni polkovnikə: "Siz 18 yaşlı oğlanları döyüş meydanında qoyub qaçardınızmı?"

Erməni hərbi qulluqçunun valideyni polkovnikə: "Siz 18 yaşlı oğlanları döyüş meydanında qoyub qaçardınızmı?"<span class="qirmizi"></span>

 

İyunun 29-da İrəvanın ümumi yurisdiksiya məhkəməsinin Kentron iqamətgahında tabor komandiri Vahan İşxanyanın işi üzrə şahidlər dindirilib. İttiham aktına Ermənistan Silahlı Qüvvələrinin polkovniki Norayr Karapetyan da daxil edilib.

Məhv edilmiş erməni hərbi qulluqçunun valideyni Geğam Qazaryan Norayr Karapetyana sual verib: "İnsani nöqteyi-nəzərdən komandir döyüş meydanından qaça bilərmi, siz 18 yaşlı oğlanları qoyub qaçardınızmı?".

İclasda sədrlik edən hakim Con Hayrapetyan suala düzəliş edib: "Tabor komandiri yüngül xəsarət alırsa, müalicəsini yerində təşkil etməlidir, yoxsa döyüş meydanını tərk etməlidir?".

Polkovnik Karapetyan cavab verib ki, istənilən halda komandir öz bölüyünə rəhbərlik etmək iqtidarındadırsa, ona sona qədər rəhbərlik etməlidir.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az