Avstriya XİN başçısı: “Türkiyə Ukraynadakı müharibədə sabitləşdirici rol oynayır”

Avstriya XİN başçısı: “Türkiyə Ukraynadakı müharibədə sabitləşdirici rol oynayır”<span class="qirmizi"></span>

 

Türkiyə Ukraynadakı müharibədə son dərəcə sabitləşdirici və önəmli rol oynayır. Ordu.az xəbər verir ki, bu barədə Türkiyədə səfərdə olan Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq türkiyəli həmkarı ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Türkiyə Ukrayna limanlarından taxılı çıxarmaq üçün də çox səylər göstərir. Bundan əlavə, nazir Rusiya bayrağı altında Ukrayna taxılı ilə yüklü gəminin Türkiyə tərəfindən saxlanıldığını da xatırladıb.

Şallenberq Türkiyə-Aİ münasibətləri ətrafında isə dialoqun davam edilməsinin vacibliyini vurğulayıb.

Ordu.az

 

Mənbə: ordu.az