Kamran Əliyev rayon prokurorunu işdən çıxardı

Şabran rayon prokuroru Bayramov Mübariz Mehman oğlu vəzifəsindən azad olunub.

"Report" xəbər verir ki, o, prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdığına görə işdən çıxarılıb.

Baş prokuror Kamran Əliyev prokurorluqda qulluqda olmanın son yaş həddinə çatan M.Bayramovu qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar prokurorluğun fəxri fərmanı ilə təltif edib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Beynəlxalq Avtovağzal Kompleksində biabırçılıq - FOTO

SONRAKI XƏBƏR

Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyindəki rolu artır