Rusiya Krımda səfərbərliyə hazırlaşır

Rusiya Krımda səfərbərliyə hazırlaşır<span class="qirmizi"></span>

Krımdakı hakimiyyət qanunsuz səfərbərliyə hazırlıq görür.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Krım Muxtar Respublikası üzrə nümayəndəliyi məlumat yayıb.

“Bir müddət öncə Krım “rəhbərliyi” səfərbərliklə bağlı komissiya yaradılmasını əmr etdi. Hətta aşağı səviyyəli müvafiq komissiyaların yaradılması da tapşırıldı. Bu, məcburi hərbi xidmətə hazırlıqdan xəbər verir. Krımdakı Ukrayna vətəndaşlarını öz ölkələrinə qarşı döyüşməyə məcbur edirlər”, - məlumatda qeyd olunub.

Mənbə: axar.az